Modern.az

İranda daşqın - Ölənlər var

İranda daşqın - Ölənlər var

Aktual

3 Yanvar 2022, 15:14

İranın Fars əyalətindəki Lamərd şəhərində güclü yağış daşqınlara səbəb olub.

 

Modern.az “Azad İran” “Telegram” kanalının məlumatına görə, sel suları evlərə və infrastruktura ciddi ziyan vurub.

 

Qeyd edək ki, təbii fəlakət qurbansız ötüşməyib. Hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

 

Bundan başqa, daşqınlar nəticəsində Darab şəhərində də bir nəfər həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı