Modern.az

20 ton ot tayası yandı

20 ton ot tayası yandı

Aktual

3 Yanvar 2022, 19:27

Zərdab və Tovuzda yanğın hadisəsi qeyd alınıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Zərdab rayonunun İkinci Alıcanlı kəndində həyətyanı sahədə yığılan 30 ton ot bağlamasının 20 tonu yanıb.

 

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Eyni zamanda, Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb.

 

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı