Modern.az

"Önəmli məsələ İlham Əliyevin uzatdığı sülh əlini tutmaqdır” - Akar

Aktual

3 Yanvar 2022, 19:53

“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

 

Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala cavab olaraq bildirib ki, bu, dalandır: "Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil oldu”.

 

Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı