Modern.az

Laçın dəhlizindən Qarabağa daha 2000 maşın buraxılıb

Laçın dəhlizindən Qarabağa daha 2000 maşın buraxılıb

Aktual

4 Yanvar 2022, 16:51

Milad bayramı ərəfəsində Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları müşahidə məntəqələri və Laçın dəhlizi vasitəsilə 2000-ə yaxın texnikanın Qarabağa təhlükəsiz daxil olmasını təmin ediblər.

Modern.az xəbər verir ki, bu bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələri normal rejimdə işləyir, giriş-çıxış, sənədlərin yoxlanılması və nəqliyyat vasitələrinin yoxlanılması üçün nəzarət-buraxılış məntəqəsi var”, - Rusiya sülhməramlı kontingentinin sözçüsü Yevgeni Karataev bildirib.

 

Bütün müşahidə məntəqələri mövcud vəziyyətə nəzarət etmək üçün müşahidə kameraları ilə təchiz olunub.

 

Gecə saatlarında xidmət göstərmək üçün sülhməramlı kontingentin Rusiya hərbi qulluqçuları əksedici elementləri olan "Döyüşçü" kostyumlarında təchiz edilmişdir. Müşahidə postları müasir LED proyektorlar və fasiləsiz enerji təchizatı ilə təchiz olunub.

 

“27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir”, - rəmi açıqlamada qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı