Modern.az

Vətəndaşlardan sənədsiz ov tüfəngləri götürüldü

Vətəndaşlardan sənədsiz ov tüfəngləri götürüldü

Aktual

5 Yanvar 2022, 09:57

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 4-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı