Modern.az

Rus generaldan Qazaxıstan açıqlaması

Rus generaldan Qazaxıstan açıqlaması

Aktual

9 Yanvar 2022, 17:59

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları “vəziyyət tam sabitləşənə qədər” Qazaxıstanda qalacaq.

 

Modern.az "İnterfax"a istinadən xəbər verir ki, bunu Qazaxıstanda KTMT hərbi kontingentinə rəhbərlik edən Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov deyib.

 

 

"Kollektiv sülhməramlı qüvvələrin bölmələri tərəfindən tapşırıqların yerinə yetirilməsi ölkədə vəziyyət tam sabitləşənə qədər davam edəcək", - Serdyukov qeyd edib.

 

Eyni zamanda, Qazaxıstan müdafiə nazirinin müavini, general-leytenant Sultan Qamaletdinov qeyd edib ki, ölkədə antiterror əməliyyatı yalnız “terrorçuların” tam məhv edilməsindən sonra başa çatacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı