Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Comərt Tokayev arasında telefon danışığı olub.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
İki ölkə prezidentləri sülhməramlıların Qazaxıstandakı fəaliyyətini müzakirə ediblər.
Qazaxıstan Prezidenti Vladimir Putinə ölkədə asayişin bərpasında Rusiya Federasiyasının köməyinə və dəstəyinə görə minnətdarlığını bildirib.