Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirilib.
Modern.az xəbər verir ki, müşavirədə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili və icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların yenidən dəqiqləşdirilməsi və işlənilməsi ilə bağlı ərtaflı müzakirələr aparıldı, müvafiq tapşırıq və tövsiyyələr verilib.