Modern.az

Kənd məktəblilərinin Bakıya ekskursiyası təşkil olundu - FOTOLAR

Kənd məktəblilərinin Bakıya ekskursiyası təşkil olundu - FOTOLAR

Aktual

17 Yanvar 2022, 16:28

 Education HUB Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi ilə əməkdaşlıqda Tərtər rayon Seydimli kənd məktəb müəlliməsi Aybəniz Cəfərova tərəfindən "Davamlı inkişafa məktəbdən başlayaq!" layihəsi həyata keçirir.

 

Modern.az xəbər verir ki, layihənin əsas məqsədi Tərtər rayonunun Seyidimli kənd məktəbliləri (7-9-cu siniflər) üçün maliyyə savadlılığı və resurslarının artırılması ilə bağlı ilkin bacarıqların formalaşdırılması ilə yanaşı, onları müasir iqtisadiyyatın innovativ istiqamətləri ilə tanış edərək bu istiqamətlərdə ixtisas seçimini təşviq etməkdən ibarətdir. Layihə müddətində şagirdlərə sahibkarlıq və innovasiyalar ilə bağlı təlimlər keçirilmiş, uğurlu karyera sahibləri ilə “peşəkar tövsiyyəsi” görüşləri təşkil olunub, həmçinin fəal məktəblilərin Bakıdakı innovasiya mərkəzləri və startaplarla görüşləri baş tutub.

 

Layihə çərçivəsində seçilmiş 14 şagirdin 13-15 yanvar 2022-ci il tarixində Bakıya mübadilə səfəri reallaşıb. Səfər çərçivəsində məktəbliləri İnnovasiya Agentliyinin emalatxanası, Bakı Mühəndislər Universiteti, Azərbaycan Texniki Universiteti, İnkubasiya və Akselerasiya Mərkəzi, Lutfizadı Texnologiya Mərkəzi və digər şirkətlərlə görüşüb müzakirələr aparılıb.

Görüş zamanı məktəblilər Azərbaycanda fəaliyyət göstərən startap icması ilə tanış olub və onlardan peşakar tövsiyyələri alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı