İran, Çin və Rusiya Silahlı Qüvvələrinin Hind okeanının şimal hissəsində birgə hərbi dəniz təlimləri cümə günü başlayacaq.
Modern.az xarici xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti İSNA agentliyinə bildirib.
Təlim zamanı yanan gəminin xilas edilməsi, qaçırılmış gəminin azad edilməsi və hədəfin atəşə tutulması da daxil olmaqla müxtəlif növ manevrlər həyata keçiriləcək.