Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə tərəfinin bu il 11-13 mart tarixlərində keçiriləcək ikinci Antalya Diplomatik Forumunda iştirakla bağlı dəvətinə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, Ermənistan XİN bəyan edib ki, müvafiq qaydada nazir Ararat Mirzoyanın bu tədbirdə iştirakının məqsədəuyğunluğu müzakirə edilir.
Qeyd olunub ki, qəbul edilən qərarlar barədə cəmiyyətə vaxtında məlumat veriləcək.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xüsusilə Ermənistan və Yunanıstan da daxil olmaqla qonşu ölkələrdən olan həmkarlarını forumda iştirak etməyə çağırıb.