Modern.az

Neftçalada yeniyetmə itkin düşdü

Neftçalada yeniyetmə itkin düşdü

Aktual

20 Yanvar 2022, 22:39

Neftçalada 16 yaşlı məktəbli itkin düşüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Mayak kənd sakini R.Lətifov yanvarın 19-u saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, Neftçala rayonu 1-ci Mayak kənd sakini Günel Lətifova yanvarın 20-də Rayon Polis Şöbəsinə müraciət edərək, dünən saat 18:00 radələrində oğlu, 2006-cı il təvəllüdlü R.Lətifovun yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat verib.

 

Daxil olan məlumat üzrə axtarış elan olunub. Hazırda itkin düşmə faktı ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı