Modern.az

Əməkdar artistə AĞIR İTKİ

Əməkdar artistə AĞIR İTKİ

مورد توجه

20 Yanvar 2022, 23:38

Əməkdar artist Mətanət İsgəndərlinin atası vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb. 

 

"Bir ala gözlü, şirin sözlü, nur üzlü bir ata itirmişəm. Elinə, obasına, balalarına son nəfəsinə qədər sadiq qalan, balaları üçün canını verən bir ata… Mənim dərdimi atasını itirənlər anlayar. Dünyada ən böyük arxamı, dayağımı itirdim. İndi haradan tapacam səni, ay atam? Özüm övladlarıma həm atayam, həm ana, amma nə olsun ki, yaşımın bu çağında sən məni yetim qoydun. Yerini kimsə doldurmaz, üzümü güldürənim, məni həlim dindirənim... Allah bütün dünyadan köçən atalara rəhmət etsin, mənim atam da onların içində… Ruhun şad olsun, əziz atam… Yatdığın torpağa qurban olum. Heç səndən doymadım", - paylaşımda deyilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı