Modern.az

Millimiz İspaniyaya qarşı

Millimiz İspaniyaya qarşı

Aktual

26 Yanvar 2022, 07:56

Bu gün futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.

 

Modern.az xəbər verir ki, seçməmiz D qrupunda ikinci matçını İspaniya yığmasına qarşı keçirəcək.

 

Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi Migel Kastilyu olacaq.

 

Qrupun digər oyununda Gürcüstan və Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, millimiz ilk matçda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.

 

Avropa çempionatı

 

D qrupu, II tur

26 yanvar

23:30. İspaniya - Azərbaycan

 

Baş hakim: Migel Kastilyu (Portuqaliya)

 

Qroningen. "Martini Plaza".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı