Modern.az

Xızıda oğurluq - FOTO

Xızıda oğurluq - FOTO

Aktual

27 Yanvar 2022, 10:59

Xızı  Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini,  Xızı rayonunda ona məxsus evdən qapını sındırma yolu ilə, oğurluq edilməsi  barədə məlumat verib. 


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar Xızı RPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini  törətməkdə şübhəli bilinən Xızı rayon sakini  Xudayar Məmmədov saxlanılıb.


Həmin şəxsin zərərçəkmişə aid evə girərək qızıl-zinət əşyaları, müxtəlif növ məişət avadanlıqları, matorlu otbiçən aparat, kompüter prosessoru və s. oğurladığı müəyyən edilib.


Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı