“Yaxın günlərdə yağıntılı və küləkli hava şəraiti proqnozlaşdırılır".
Modern.az-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir.
O qeyd edib ki, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub.