Modern.az

Əkrəm Əylisli 15-dən çox səfirliyə müraciət etdi

Əkrəm Əylisli 15-dən çox səfirliyə müraciət etdi

Aktual

7 Fevral 2013, 13:44

Modern.az Turan-a istinadən xəbər verir ki, “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli Azərbaycandakı xarici diplomatik nümayəndəliklərə müraciət edərək hakimiyyət tərəfindən təqiblərə məruz qalmasına səbəb olan əsərini oxumağa çağırıb.

“Artıq 2 həftədən çoxdur ki, Azərbaycan hakimiyyətinə məxsus bütün KİV-də “Daş yuxular” adl bədii əsərimə görə mənə qarşı ardıcıl mənəvi terror kampaniyası aparılır. Yaşadığım evin qarşısında icazəsiz kütləvi aksiyalar keçirilir, kitablarım yandırılır, ailə üzvlərimə qarşı ədalətsiz təzyiqlər göstərilir”, - deyə yazıçının müraciətində bildirilib.

“Bu, son 100 ildə Azərbaycanın ictimai həyatında görünməmiş hadisədir və bunun hakimiyyət tərəfindən həyata keçirilməsində mənim heç bir şübhəm yoxdur. Mən bunu hakimiyyət dairələri tərəfindən söz və ifadə azadlığına qarşı analoqsuz dözümsüzlük nümunəsi sayıram”, - yazıçı qeyd edir.

Bununla əlaqədar yazıçı xarici ölkələrin diplomatik təmsilçiliklərinə – ABŞ, İngiltərə, Almaniya, Fransa, Rusiya, Norveç, İsveç, İsveçrə,  Avstriya, Niderland, Ukrayna, Gürcüstan və digər ölkələrin səfirliklərinə, eləcə də Avropa İttifaqı, ATƏT və Avropa Şurasının nümayəndəliklərinə müraciət edərək  romanla tanış olmağı və münasibət bildirməyi xahiş edir.

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı