Modern.az

Nazirliyin kollegiya iclası keçirildi

Nazirliyin kollegiya iclası keçirildi

Aktual

21 Fevral 2023, 11:08

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası keçirilib.

 

Modern.az xəbər verir ki, kollegiyanın sədri, kənd təsərrüfatı naziri İnam Kərimov iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətlərində həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar, 2022-ci təsərrüfat ilinin yekunları, aqrar sığorta sisteminin tətbiqinin genişlənməsi, subsidiya mexanizminin təkmilləşdirilməsi, bitkiçilik və heyvandarlığın inkişafı istiqamətində görülən işlər barədə geniş məlumat verib.

 

Kollegiya iclasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova kənd təsərrüfatı fəaliyyətinin təşkilinə dair əsasnamə və qaydalarda edilmiş dəyişikliklər, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təkmilləşdirilmsi, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov muxtar respublikada aqrar sahədə mövcud vəziyyət, nazirliyin müvafiq şöbə və tabeli qurumlarının rəhbərləri yeni təsərrüfat ilinə hazırlıq istiqamətində görülən işlər barədə məruzə ediblər.

 

Yekunda kollegiya üzvlərinə qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı