Modern.az

Evdən 24 min dollar, 3000 manat və qızıl oğurlandı

Evdən 24 min dollar, 3000 manat və qızıl oğurlandı

Aktual

22 Fevral 2023, 10:50

Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, 2022-ci il sentyabr-oktyabr ayları ərzində həmin evdən 3.000 manat, 24.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Nurlan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı