Modern.az

Bakıda “613” fləşmobu 

Bakıda “613” fləşmobu 

Aktual

26 Fevral 2023, 14:36

"Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində ümumilikdə paytaxtdan olan 3 minə yaxın tələbənin iştirakı ilə “613” fləşmob keçirilib.

 

Modern.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən bildirilib ki, fləşmobun başlıca məqsədi Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

 

“Nə tarix, nə bizlər unutmadıq!” şüarı ilə reallaşan fləşmobda tələbələrdən ibarət formalaşdırılan “613” kompozisiyası erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalmış günahsız Xocalı sakinlərinin sayını göstərib.

 

Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı