Modern.az

Ukrayna müharibəsi 3 il davam edə bilər

Ukrayna müharibəsi 3 il davam edə bilər

Aktual

1 Mart 2023, 11:14

Ukrayna müharibəsi daha üç il uzana bilər.

 

Modern.az xəbər verir ki, bununla bağlı ABŞ müdafiə nazirinin müavini Kolin Kul açıqlama verib.

 

“Biz münaqişənin trayektoriyasını bilmirik. Münaqişə altı aya, bəlkə də iki-üç ilə bitə bilər”, - deyə o bildirib.

 

Eyni zamanda, Kal müharibənin davamı ilə bağlı hazırkı qiymətləndirmələri nəzərə alaraq Kiyevin maliyyələşdirilməsində Konqresin dəstəyini gözlədiyini söyləyib.

 

Qeyd edək ki, bu il fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı müharibənin bir ili tamam olub.

 

Rahib Ələsgərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı