Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilib.
Bildirilib ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2022-ci ildə 11,8 faizədək artıb.