Modern.az

ADU-da 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib - FOTO

ADU-da 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib - FOTO

Güncel

7 Mart 2023, 15:32

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, universitetin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla xanımları bayram münasibətilə təbrik edərək onlara uzun ömür və cansağlığı arzulayıb. Rektor bildirib ki, Azərbaycan qadınına gənc, üzügülər yaşamaq yaraşır:

 

“İnanıram ki, bizim müəllimlərimiz, tələbə, magistr və doktorantlarımız universitetimizin adını həmişə olduğu kimi bundan sonra da yüksəklərə qadıracaqlar. Əziz qadınlar, əziz xanım tələbələr sizə cansağlığı, könül xoşluğu arzu edirəm”.

 

Tədbir bədii hissə ilə davam edib. Tələbələr müxtəlif dillərdə ana haqqında şeirlər söyləyib, musiqilər səsləndiriblər.

 

Sonda universitetin "Dalğa" rəqs qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı