Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağgöl Milli Parkının ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.
Modern.az-ın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, ərazidəki su hövzəsindən 60 metr uzunluğunda 3 ədəd sintetik tor yığışdırılıb.
Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Samux Ovçuluq Təsərrüfatının ərazisi ilə həmsərhəd olan Mingəçevir su anbarından 219 metr uzunluğunda 5 ədəd sintetik tor götürülüb.