Modern.az

AMEA-nın Əsasnamələri təsdiq edildi

AMEA-nın Əsasnamələri təsdiq edildi

مورد توجه

13 Mart 2023, 20:21

AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.

 

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

 

İclasda, həmçinin AMEA-da aparılan ekspedisiyaların müəyyənləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə ekspedisiyaların təşkili üzrə komissiya yaradılması qərara alınıb.

 

Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki Şuranın yaradılması və akademik Vahid Hacıyevin 95 illik yubileyinin qeyd edilməsi haqqında qərarlar qəbul edilib.

 

Sonda AMEA-nın Ümumi yığıncağına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub və tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı