Modern.az

Qəhvənin sağlamlığa təsiri ilə bağlı tədqiqat aparılır

Qəhvənin sağlamlığa təsiri ilə bağlı tədqiqat aparılır

Aktual

30 Mart 2023, 16:20

Qəhvənin sağlamlığa təsirləri haqqında daha dəqiq fikir əldə etmək üçün tədqiqatçılar ABŞ-ın Kaliforniya ştatının San-Fransisko bölgəsində yaşayan 39 yaşlı 100 nəfər sağlam insan üzərində araşdırma aparıblar.

 

Modern.az xarici KİV-ə istinadla bildirir ki, iştirakçılar addımlarını, gün ərzində yatdıqları müddəti, qan şəkəri və ürək ritmlərini izləyən cihazlar ilə təmin edilib.

 

Hər bir iştirakçıya iki gün ərzində istədikləri qədər qəhvə içmək, sonraki iki gün müddətində qəhvənin istehlakını dayandırmağı və bu prosesi iki həftə davam etdirməyi məsləhət görüblər. Tədqiqat zamanı iştirakçıların qəhvə içdikləri günlərdə normal günlərə nisbətən 1058 addım daha çox atdıqları müşahidə edilib, lakin həmin gün onlar ən azından 36 dəqiqə az yatıblar.

 

Bütün bunlara baxmayaraq, qəhvə içməyin daha az yuxuya səbəb ola biləcək potensial genetik faktor ola biləcəyi də vurğulanıb. Tədqiqatda qəhvə istehlakının normadan çox olması ürək-damar problemləri riskini artıra biləcəyi də qeyd edilib.

 

Araşdırma "The New England Journal of Medicine" jurnalında dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı