Modern.az

Prezidentin təşəbbüsü ilə ilk dəfə Liderlər Sammiti təşkil olunub

Prezidentin təşəbbüsü ilə ilk dəfə Liderlər Sammiti təşkil olunub

Aktual

Bu gün, 15:57

WUF13 innovativ formatları və geniş iştirakçılığı ilə yadda qalıb. İlk dəfə forum çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Liderlər Sammiti təşkil olunub.

Modern.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinatoru Anar Quliyev səsləndirib.

“27 dövlət və hökumət başçısının, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı dayanıqlı şəhərsalma və adekvat mənzil təminatı istiqamətində güclü siyasi iradəni nümayiş etdirdi”, - deyə Anar Quliyev bildirib.

O əlavə edib ki, Azərbaycanın sədrliyi ilə keçirilən və Yeni Şəhər Gündəliyinin icrasına həsr olunan nazirlər toplantısı da forumun əsas mərhələlərindən biri olub. 

“111 ölkədən 80-i tədbirdə nazir səviyyəsində təmsil olunub. Forumun yekun sənədlərində mənzil hüququnun insan hüququ kimi tanındığı, iqlim dəyişikliyinin mənzil böhranını daha da dərinləşdirdiyi və şəhər problemlərinin inteqrə olunmuş planlaşdırma tələb edir”.

Komitə sədri həmçinin Azərbaycanın postmünaqişə dövründə yenidənqurma təcrübəsinin qlobal şəhərsalma müzakirələrinə mühüm töhfə kimi qiymətləndirildiyini diqqətə çatdırıb:

“Bakının mesajı aydındır: artıq yalnız ambisiya dövrü başa çatıb. Növbəti onillik konkret nəticələr, dayanıqlı icmalar və hamı üçün təhlükəsiz şəhər gələcəyi ilə yadda qalmalıdır”, - deyə Anar Quliyev qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı