Modern.az

Kılıçdaroğlu CHP sədrliyinə qaytarıldı

Kılıçdaroğlu CHP sədrliyinə qaytarıldı

Dünya

21 May 2026, 22:03

Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayını ləğv edib.

Modern.az NTV telekanalına istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, Özgür Özel CHP sədri vəzifəsindən uzaqlaşdırılıb, partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlu isə müvəqqəti olaraq yenidən sədr postuna qaytarılıb.

Ankara Bölgə Ədliyyə Məhkəməsi 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş CHP-nin 38-ci qurultayının hüquqi baxımdan etibarsız olduğu qənaətinə gəlib və qurultayda qəbul edilən qərarların ləğvini təsdiqləyib.

Qərara əsasən, Özgür Özel, həmçinin Mərkəzi İcraiyyə Şurası və Yüksək İntizam Şurasının üzvləri vəzifələrindən uzaqlaşdırılıblar.

Bununla yanaşı, Kamal Kılıçdaroğlunun, əvvəlki partiya məclisinin və Yüksək İntizam Şurası üzvlərinin ehtiyat tədbiri kimi partiya idarəçiliyini müvəqqəti olaraq təhvil alması qərara alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı