Modern.az

33 yaşlı kişi əməliyyat zamanı öldü

33 yaşlı kişi əməliyyat zamanı öldü

رویداد

6 Avqust 2022, 20:18

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.

 

Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı