Modern.az

İsa Hüseynovun həyat yoldaşı: “Yıxıldım, çiynim əzildi”

İsa Hüseynovun həyat yoldaşı: “Yıxıldım, çiynim əzildi”

Mədəniyyət

28 Oktyabr 2014, 09:59


“İsanın ölümü mənə çox pis təsir etmişdi, indi şükür yaxşıyam”- bunu mərhum xalq yazıçısı  İsa Hüseynovun (Muğanna) həyat yoldaşı Füruzə Hüseynova  Modern.az-a sağlamlığı baradə danışarkən deyib.

Qeyd edək ki, F.Hüseynova bir neçə ay bundan əvvəl cərrahiyə əməliyyatı da keçirib:

“ Yoldaşımın ölümündən  sonra çox pis hala düşdüm. Gözüm görmürdü. Əməliyyat oldum. Sonra isə yıxıldım, çiynim əzildi. Amma indi özümü yaxşı hiss edirəm”.

Aprelin 1-də 87 yaşında dünyasını dəyişən xalq yazıçısının xanımı deyir ki, mülaicə və müayinə üçün həkimə getmir, özü sağlamlığını qoruyur:

“Özümü qoruyuram, sağlamlığıma diqqət edirəm. Təzyiqim arada qalxır, amma ciddi problem olmur. Qızım, kürəkənim, bacım uşaqları həmişə yanımdadılar, mənimlə maraqlanıb, qayğəma qalırlar”.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı