Modern.az

Birinci Milli Tibbi Radiotexnologiya Konfransı olub

Birinci Milli Tibbi Radiotexnologiya Konfransı olub

Ölkə

22 May 2026, 23:00

Bakıda Birinci Milli Tibbi Radiotexnologiya Konfransı keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə texniklər, radioloqlar, mühəndislər və tələbələr iştirak ediblər.

Çıxış edənlər ultrasəs aparatlarında həkimlərlə texniklərin işinin koordinasiyalı şəkildə aparılmasından danışıblar.

Konfransın əsas mövzusu "Tibbi görüntüləmədə müasir yanaşmalar, texniklərin müasir radiologiyada rolu" olub.

“Radacademia”nın təsisçisi Elvin Zeynullazadə bildirib ki, rəhbəri olduğu akademiyada təhsil alan gənclər Azərbaycanla yanaşı, türkdilli ölkələrdə də radiotexnologiyanın inkişafına töhfə verirlər.

Akademiyanın təlimlər üzrə məsul şəxsi Səbinə Abutalıbova və təşkilati işlər üzrə səlahiyyətli nümayəndəsi Ayşən Əmrahova bu istiqamətdə aparılan işlərin davamlı olacağını qeyd ediblər.

Daha sonra süd vəzinin müayinə metodları, radiologiyada müayinələr zamanı kontrasta bağlı reaksiyalar və şok əleyhinə tədbirlər, həmçinin müharibə şəraitində hərb radiologiyası barədə təqdimatlar olub.

Tədbirdə müasir radiologiyanın inkişafı, tibbi görüntüləmədə innovativ yanaşmalar, süni intellektin tətbiqi və radiotexnoloqların səhiyyə sistemində artan rolu diqqət mərkəzində saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı