On bir ayın sultanı – Ramazan gəlir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Qazılar Şurasının fətvasında bildirilib ki, Hicri-Qəməri təqvimi ilə 1431-ci ilin Ramazan ayının başlanğıcı bu il avqustun 11-nə təsadüf edir. Ona görə də avqustun 10-u orucluğun niyyət gecəsidir. Ramazan bayramı sentyabrın 9-u və ya 10-a təsadüf edəcək. QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Orucluq cədvəlinin Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlandığı bildirilib. Cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-a, 20-dən 21-ə, 22-dən 23-ə, 24-dən 25-nə və 26-dan 27-ə keçən gecələrə təsadüf edir.