Modern.az

Mirmahmud Mirəlioğlu Sumqayıt seçki dairəsindən namizəd olmaqdan imtina edib

Mirmahmud Mirəlioğlu Sumqayıt seçki dairəsindən namizəd olmaqdan imtina edib

Ölkə

6 Sentyabr 2010, 16:48

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlu namizədliyini irəli sürmək istədiyi 42 saylı Sumqayıt ikinci seçki dairəsindən imtina edib. 

 

Modern.az-a açıqlamasında KAXCP sədri bildirib ki, o, əvvəlcə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürmək barədə qərar verib. “Amma indi ola bilsin ki, Ali Məclisin iclasından sonra dairəm dəyişsin”- deyən partiya sədri yeni dairənin adını açıqlamaq istəməyib.

 

Bu barədə təfərrüatları açıqlamayan Mirəlioğlu qeyd edib ki, əvvəl bu dairədən namizəd olacağını planlaşdırsa da, bu barədə indi bir sıra gəlişmələri onu qəraından vaz keçmyə vadar edib.

 

M.Mirəlioğlunun rəhbərlik etdiyi KAXCP parlament seçkilərinə Demokratiya Uğrunda İttifaqla bir yerdə blok şəklində qatılacaq. Mirmahmud Mirəlioğlunun sözlərinə görə, iki gün sonra KAXCP-nin Ali Məclisinin sessiyasında seçkilərlə bağlı partiya son qərarını verəcək. “Bir sıra dəqiqləşmələr aparılır. Odur ki, siyahını açıqlaya bilmirik. Məclisin sessiyasından sonra namizədlərlə bağlı dəqiq rəqəm açıqlanacaq.  KAXCP dairələr üzrə 100 namizədlə çıxış etmək istəyib. Lakin Müsavat və DUİ ilə müzakirələrdən sonra müəyyən qədər dəyişiklik olub”.  

 

AXCP –Müsavatın vahid siyahı müzakirələri  KAXCP tərəfindən birmənlı qarşılanmamışdı. M.Mirəlioğlunun sözlərinə görə, vahid siyahı ilə bağlı Müsavatla ortaq mövqeyə gəlinməyib.

“Bununla bağlı Müsavatla ortaq mövqeyimiz yoxdur. Lakin eyni zamanda hazırda heç bir narazılığımız yoxdur. Hər kəs seçkidə öz mübarizəsini aparır”-deyən KXCP sədrinin fikrincə,  Müsavat-AXCP siyahıları onlar üçün heç bir problem yarada bilməyəcək. “Biz artıq DUİ-Müsavat məsələlərini həll edib qurtarmışıq”-deyə partiya sədri bildirib.   Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı