Rusiya prezidenti Dmitri Medvedev “RF daxili işlər orqanları əməkdaşlarının vəzifələrindən azad olunması barədə” sərəncam imzalayıb. Modern.az İTAR-TASS-a istinadən xəbər verir ki, sərəncama əsasən Rusiya Daxili İşlər Nazirliyinin 15 generalı vəzifələrindən azad olunur. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya DİN Operativ-axtarış bürosunun rəisi İvan Balbaşov, Tıva respublikasının daxili işlər naziri Viktor Lesnyak, Qaraçay Çərkəz respublikasının daxili işlər naziri Nikolay Osyank, Buryatiyanın daxili işlər naziri Viktor Syusyura, Moskva daxili işlər orqanları Baş idarəsinin rəis müavini Viktor Çerkaşin vəzifələrindən azad olunub. Medvedev bu səhər Rusiya daxili işlər nazirinin iki müavinini də istefaya göndərib.