Modern.az

Rəsmi İrəvan Macarıstana barışıq təklif etdi

Rəsmi İrəvan Macarıstana barışıq təklif etdi

Təhsil

17 Aprel 2013, 15:36

Azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılmasından sonra Macarıstanla rəsmi münasibətlərini dayandıran Ermənistan rəhbərliyi rəsmi Budapeştlə diplomatik  əlaqələri bərpa etməyə qərar verib.

Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan bildirib.

“Ermənistan Macarıstanda yenidən diplomatik əlaqələr qurmağa hazırdır. Amma Macarıstanda bu istiqamətdə adekvat addım atmalıdır”.-deyə erməni nazir vurğulayıb.

Qeyd edək ki, bu ilin avqustun 31-də Ermənistan prezidenti Serj Sərkisyan açıqlama verərək Macarıstanda diplomatic əlaqələrin dayandırıldığını bəyan etmişdi.

Anar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı