Modern.az

Azərbaycanlı deputat AŞPA-ya etiraz etdi

Azərbaycanlı deputat AŞPA-ya etiraz etdi

Təhsil

22 Aprel 2013, 21:34

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanla bağlı keçirilən müzakirələrə etiraz edib. Bu barədə Modern.az-a millət vəkili Fazil Mustafa məlumat verib. Deputat bildirib ki, AŞPA-da müşahidəçilərin Ermənistanda keçirilən prezident seçkilərinə dair səsləndirdiyi qərəzli məruzəyə Milli Məclis üzvlərinin haqlıı narazılığına səbəb olub.

“Avropa Şurası Parlament Assambleyasında Ermənistanda Prezident seçkiləri müzakire olunur. Müşahidəçilərin böyük əksəriyyətii Ermənistanın demokratiya yolunda böyük irəliləyiş əldə  etdiyini vurğulayırlar. Güllələnən namizəd haqqında danışılmır, bir aydır aclıq eden namizəddən  behs edilmir.

Çünki Ermənistanı heç bir halda ayağa vermək olmaz. Bu qurumdan demokratiya ve ədalət gözləyənlər bu müzakirəni diqqətlə izləməlidirlər. Səməd Seyidov maraqlı arqumentlərlə hazırlanan məruzenı darmadağın etdi. Tebii ki, bizdə demokratiyanın vəziyyeti acınacaqlıdır, ancaq Ermenistanı bu qeder açıq dəstekləmək, bu qədər tərəfli davranmaq bu qurumun əhəmiyyətsizliyini bir daha ortaya qoyur”-deyə F.Mustafa bildirib.

Qeyd edək ki, aprelin 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayıb. Sessiya aprelin 26-dək davam edəcək. Azərbaycanı AŞPA-nın yaz sessiyasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu - Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Abbasov, Sahibə Qafarova və Fazil Mustafa təmsil edirlər.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı