Modern.az

Ramazan bayramında bu marşurutlar pulsuz olacaq - SİYAHI

Ramazan bayramında bu marşurutlar pulsuz olacaq - SİYAHI

Təhsil

5 Avqust 2013, 16:40

Ramazan bayramı ilə ələdar paytaxt Bakıda bəzi marşrut avtobusları pulsuz fəaliyyət göstərəcək. Modern.az-ın məlumatına görə, humanitar aksiya avqustun 8-i saat 06:00-dan saat 24:00-a qədər davam edəcək.

Aksiya Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir. Təşəbbüsə “Transqeyt” MMC və “Çinar Trans” MMC qoşulub.

Beləliklə, sərnişinlər 8 avqust tarixində aşağıda nömrələri qeyd olunan avtobus marşrutlarından ödənişsiz istifadə edə biləcəklər:

-1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-, 202 Sərnişinlər yaranan hər hansı məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 141 saylı qaynar xəttinə müraciət edə bilərlər.    

Ulduz İbrahimova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı