Modern.az

Misirdə kütləvi həbslər başladı - son xəbər

Misirdə kütləvi həbslər başladı - son xəbər

Təhsil

15 Avqust 2013, 11:21


Misirdə Müsəlman Qardaşlar Təşkilatının (İhvan) irəlidə gələn idarəçilərinin, universitet müəllimlərinin, Əzhər alimləri və könüllü həkimlərin də aralarında olduğu təxminən 200 adamın nəzarətə alındığı bildirilib.

Meydandakı qaynaqlar, Misir təhlükəsizlik qüvvələrinin dünən axşam saatlarında nümayişin keçirildiyi  Rabiatul Adeviyye meydanına girdiyini bildirib. Misir dövlət televiziyası, nəzarətə alınan 200 adam arasında İhvan liderlərindən İsam əl-Aryan, Məhəmməd əl-Biltaci, Əbdürrəhman əl-Bərr və Əhməd Arifin də olduğunu eşitdirib. Digər tərəfdən Qahirədə başda ABŞ olmaq üzrə bir çox səfirlik, bu gün üçün konsulluq əməliyyatlarını dayandırdığını açıqladı.

Misir Daxili İşlər Nazirliyi, təhlükəsizlik qüvvələrinin Rabiatul Adaviyye Meydanına etdiyi müdaxilə əsnasında, Müsəlman Qardaşlar Təşkilatı (İhvan) , Azadlıq və Ədalət Partiyası idarəçiləri Məhəmməd Biltaci ilə İsam əl-Eryanın nəzarətə alındığı iddialarını yalanlayıb.

Daxili İşlər Nazirliyi, Misir dövlət televiziyası ERTU-ya göndərdiyi yazılı şərhdə, Biltaci və Eryanın nəzarətə alınmadığını bildirib. Nazirlik şərhində, Biltaci, Eryan və din adamı Saffet Hicaz haqqında prokurorluq tərəfindən həbs qərarı olduğunu da xatırladıb.

Ulduz İbrahimova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı