Modern.az

İmran Cəfərzadə palataya köçürülüb

 İmran Cəfərzadə palataya köçürülüb

Təhsil

20 Avqust 2013, 20:08


Bir müddət öncə müalicə üçün Almaniyaya aparılan İmran Cəfərzadə Berlin “Charite” klinikasında reanimasiyadan palataya köçürülüb. Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi xəbər verib.

Səfirlik bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Almaniyanın “Charite” klinikasında müalicə olunan Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin vəziyyətinə dair 20 avqust tarixində həkimlərin növbəti konsiliumu keçirilib. Həkimlər bütövlükdə müalicənin gedişatından razı qaldıqlarını bildiriblər. İmran Cəfərzadə reanimasiyadan palataya köçürülüb və onun müalicəsi həkimlərin xüsusi nəzarəti altında davam edəcək.
Üçüncü əməliyyatdan sonra xəstə özünü normal hiss edir və yaraların sağalmasında irəliləyiş müşahidə olunur.

Azərbaycanın Almaniyadakı Səfirliyi İmran Cəfərzadənin həkimləri ilə intensiv əlaqə saxlayır və xəstənin durumuna dair Azərbaycan Respublikasının Prezidenti Administrasiyasını və Heydər Əliyev Fondunu davamlı olaraq məlumatlandırır.

Xatırladaq ki, İmran Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı