Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmuş abituriyentlərə xəbərdarlıq edib.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün orta ixtisas təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı 19 sentyabr saat 17:00-da başa çatacaq.
Həmin vaxta qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.
Modern.az