Modern.az

"Halal" firmanın haram məhsulları

"Halal" firmanın haram məhsulları

Təhsil

28 Noyabr 2013, 19:46

“Halal” adı altında kolbasa istehsal edən şirkət barəsində iş qaldırılıb

Azərbaycanda "halal" adı altında kolbasa istehsal edən şirkət barəsində iş qaldırılıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı Şossesi, ev 14 ünvanında fəaliyyət göstərən "Halal Dad" MMC-də aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan "Halal Dad" adlı kolbasa və sosislərin istehsal edildiyi müəyyən edilib.

Xidmətdən Modfern.az-a verilən məlumata görə, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, markalanmasında bu barədə məlumat verilmədiyi, habelə məhsulların halal prinsiplərinə uyğun olmasına dair müvafiq sertifikatlaşma olmasa da, məhsulların markalanmasında halal sözündən ("halal dad") istifadə edildiyi müəyyən edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı