Modern.az

Heydər Əsədov işçilərinə qoyduğu qadağa - Nazirlikdən TƏKZİB

Heydər Əsədov işçilərinə qoyduğu qadağa - Nazirlikdən TƏKZİB

Образование

23 Yanvar 2014, 15:03

“Nazirin şöbə müdirlərinə mətbuata danışmağa qadağa qoyması tamamilə yanlış və əsassız məlumatdır”. Bu sözləri Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

O, qeyd edib ki, deyilənlərin əksinə olaraq nazir Heydər Əsədov nazirlik işçilərinə mətbuata açıq olmağı, dolğun və geniş informasiya verməyi hər zaman bildirir.
“Belə bir qadağa yoxdur. Bu məlumat tamamilə yalandır. Ümumiyyətlə belə bir tapşırıq olmayıb və hər bir mətbuat işçisi nazirlik əməkdaşları ilə danışa bilərlər”.

Qeyd edək ki, mətbuatda nazir Heydər Əsədovun nazirliyin şöbə müdirlərinə kütləvi informasiya vasitələrinə açıqlama verməyə qadağan etməsi barədə məlumat yayılıb.

 

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı