Modern.az

Anar Məmmədlinin həbs müddəti uzadılıb

Anar Məmmədlinin həbs müddəti uzadılıb

Образование

6 Mart 2014, 16:42


Nəsimi Rayon Məhkəməsi istintaq orqanının Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədlinin barəsində verdiyi təqdimata baxıb. Təqdimatda prokurorluq Anar Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılmasını istəyib.

Hakim istintaq orqanının qaldırdığı vəsatəti təmin edib və onun həbs müddətini 3 ay- iyunun 16-dək uzadıb.

Vəkil Elçin Sadıqov “Azadlıq” radiosuna bildirib ki, onlar məhkəmənin bu qərarından appeliasiya şikayəti verəcəklər.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub.O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vergidən yayınmaqda ittiham olunur.

Anar Məmmədli ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı