Modern.az

56 bağçaya töhmət verilib

56 bağçaya töhmət verilib

Education

17 Mart 2014, 13:58


Bir müddət əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını açıqlamışdı. Komitə həmin qidaların siyahısını da hazırlamışdı. Bu qadağanın tətbiqinə baxmayaraq, hələ də ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı standartlara uyğun olmayan qidalar aşkarlanır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a bildirib ki, qadağanın tətbiqindən bu günə kimi standartın tələblərini pozduğuna görə, Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Yevlax, Salyan və Lənkəran şəhərlərindəki 56 uşaq bağçasına iradnamələr verilib. Yoxlamalar zamanı bağçalarda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə əməl olunmadığı aşkarlanıb.

 

  Gültəkin Ələsgər  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı