Modern.az xəbər verir ki, “İsmayıllı işi” üzrə mühakimə olunan iki siyasi xadimə hökm oxunub. Məhkəmənin qərarı ilə Müsavat başqanını müavini Tofiq Yaqublu 5, “Real” Hərəkatının sədri İlqar Məmmədli isə 7 il azadlıqdan məhrum edilib. Digər müttəhimlərdən 7 nəfər şərti azadlığa buraxılıb, qalanları isə 4-8 il arasında həbs ediliblər.
Qeyd edək ki, beynəlxalq ictimaiyyət Tofiq Yaqublu və İlqar Məmmədovu vicdan məhbusu sayır, onların siyasi motivlərlə təqib olunmasının yolverilməz olduğunu bildirir.
