Modern.az

Xəzərdə 5 azərbaycanlı balıqçı itkin düşdü

Xəzərdə 5 azərbaycanlı balıqçı itkin düşdü

Образование

25 Mart 2014, 18:34


Martın 25-də Xəzər dənizində azərbaycanlı balıqçıların olduğu qayıq itkin düşüb. Modern.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisindən 5 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla Xəzər dənizinə çıxıb və yanacağın bitməsi səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN hadisə barədə əlavə məlumat veriləcəyini bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı