Modern.az

Tbilisidə Saakaşvilinin tərəfdarları ilə əleyhdarları toqquşub

Tbilisidə Saakaşvilinin tərəfdarları ilə əleyhdarları toqquşub

تحصیلات

27 Mart 2014, 15:13


Gürcüstanın Baş Prokurorluğu qarşısında bu gün keçmiş prezident  Mixail Saakaşvilinin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu günlərdə prokurorluq keçmiş prezidentin 5 iş üzrə martın 27-də sorğu-suala çağırıldığını elan edib. 2013-cü ilin noyabr ayında yeni prezidentin inauqurasiyasından sonra Gürcüstanı tərk edən Saakaşvili isə prokurorluğun fəaliyyətinin “çirkli siyasi oyun” adlandıraraq Tbilisiyə gəlməkdən imtina edib. Bu gün günorta saatlarında keçmiş prezidentin tərəfdarları ilə əleyhdarları Baş Prokurorluğun qarşısına toplaşıblar. “Mən – Mişa, məni sorğu-sual edin” şüarı ilə Saakaşvilini dəstəkləyənlərin aksiyasını bir neçə yerli qeyri-hökumət təşkilatı təşkil edib.

Məlumatda qeyd edilir ki, polis keçmiş prezidentin tərəfdarları ilə əleyhdarlarını aralaya bilsə də, ancaq Saakaşvilinin əleyhdarlarından olan biri onun xeyrinə olan plakatı alıb cırmağa cəhd edib. Bundan sonra aksiya iştirakçıları arasında qarşıdurma böyüyüb, hüquq-mühafizə orqanları əməkdaşları bir necə nəfəri saxlayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı