Modern.az

Bakıda dərmandan və qazdan zəhərlənib öldülər

Bakıda dərmandan və qazdan zəhərlənib öldülər

Təhsil

8 Aprel 2014, 12:47

Aprelin 6-da Bakı şəhər sakini Hüseyn Quliyev dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək olmayıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, o, aprelin 7-də dünyasını dəyişib. Digər məlumata görə, aprelin 7-də evində dəm qazından zəhərlənən Bakı şəhər sakini Fərqanə Abdullayeva da ölüb. Aprelin 7-də Sumqayıt şəhər sakinləri Elvin Abdullayev, Aygün Gərayeva, Samux rayon sakini Nuridə Sadıqova dəm qazından, Abşeron rayonu Masazır qəsəbə sakini Aynurə Ağayeva isə dərmandan zəhərlənmələrlə xəstəxanalara gətiriliblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı