Ukraynada “Antimaydan” hərəkatı adlı qrup Odessa bölgəsində müstəqil dövlət yaratdıqlarını elan ediblər. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə sözügedən qüvvələr özlərinin facebook səhifələrində və saytlarında bununla bağlı müraciət yayıblar. Müraciətdə bildirilir ki, bu gündən etibarən “Odessa Xalq Respublikası elan edilir və bölgə yalnız orda yaşayanlara məxsusdur. Bu arada “Antimaydan” hərəkatının “Yandeks” xidmətində Ukraynanın xəritəsi ilə bağlı dəyişiklik etdiyi də qeyd olunur. Bununla yanaşı adıçəkilən qrup Odessa sakinlərini ayağa qalxmağa və nəqliyyatın hərəkətini iflic etməyə çağırıb.
Qeyd edək ki, Viktor Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra Rusiya Ukraynaya qarşı sərt cəza tədbirləri görməyə başladı. Kremlin hərbi müdaxiləsi ilə Krım Rusiyaya birləşdirildi. Lakin hadisələr bununla bitmədi. Ukraynanın şərq vilayətlərində ruspərəst fəallar da ölkənin federallaşmasını tələb edirlər.
Aqşin Kərimov