Modern.az

1500 nəfər əlilə bərpa-müalicə xidməti göstərilib

 1500 nəfər əlilə bərpa-müalicə xidməti göstərilib

Eğitim

17 Aprel 2014, 16:05


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bərpa-müalicə müəssisələrində cari ilin birinci rübü ərzində 1500 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Onlardan 283 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bərpa-müalicə xidməti ilə təmin olunanların 158 nəfərini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, habelə hərbi xidmət zamanı əlil olanlar təşkil edib. Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi, o cümlədən Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Hazırda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır. Yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, Bakı şəhər Uşaq Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında da əsaslı təmir işlərinə başlanacaq.

Qeyd edək ki, təmir işlərindən sonra  qeyd olunan bərpa-müalicə müəssisələrinin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunması, bu müəssisələrdə tibbi bərpa ilə yanaşı, sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün də şəraitin yaradılması nəzərdə tutulur.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı